Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərindəki 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçiriblər.
Sportify.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan yığması X turda Bolqarıstan seçməsi ilə üz-üzə gəlib və qələbə qazanıb – 2,5:1,5.
Qadınlardan ibarət komanda isə Sloveniyaya uduzub – 0,5:3,5.
Ümumdünya Şahmat Olimpiadası
X tur
26 sentyabr
Kişilər
Azərbaycan – Bolqarıstan – 2,5:1,5
Şəhriyar Məmmədyarov – Arkadi Naydiç – 0,5:0,5
Aydın Süleymanlı – Martin Petrov – 0,5:0,5
Məhəmməd Muradlı – Kiril Georgiyev – 1:0
Eltac Səfərli – Radoslav Dimitrov – 0,5:0,5
Qadınlar
Azərbaycan – Sloveniya – 0,5:3,5
Ülviyyə Fətəliyeva – Laura Unuk – 0:1
Gövhər Beydullayeva – Zala Urh – 0:1
Günay Məmmədzadə – Anya Beber – 0,5:0,5
Gülnar Muradova – Vesna Miheliç – 0:1
Kişilərdən ibarət milli 10 turdan sonra 15 xalla əlavə göstəricilərə əsasən 7-ci yerdə gedir. Özbəkistan 18 xalla liderdir. Hindistan 17 xalla 2-ci yerdə gedir. Almaniya, Ukrayna və Macarıstan hərəyə 16 xalla 3 – 5-ci yerləri bölüşürlər.
Qadınlardan ibarət komanda 10 turdan sonra 13 xalla 23-cü pilləyə enib. Çin 18 xalla liderdir. Qazaxıstan 17 xalla 2-ci yerdə gedir. Sonrakı 3 pillədə isə hərəyə 16 xalla Hindistan, Polşa və Vyetnam qərarlaşıb.
İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət turnirə sentyabrın 27-də yekun vurulacaq.



No Comment! Be the first one.