Millimiz İsveçrədə 2 qızıl medalla kubok qazandı - FOTO
Azərbaycanın taekvondo üzrə milli komandası İsveçrənin Sanqt-Qallen şəhərində keçirilən “Swiss Open” beynəlxalq turnirində 2 qızıl medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Cavad Ağayev (74 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.
Azərbaycan millisi ümumi hesabda I yerə layiq görülərək turnirin kubokuna sahib çıxıb.




No Comment! Be the first one.