Millimizin baş məşqçisi: Mundialda iki finalçımızın olması böyük nəticədir
“Bütün cüdosevərləri təbrik edirəm. Həqiqətən də mötəbər gün oldu. İki finalçı ilə Vətənə döndük”.
Sportify.az xəbər verir ki, bunu cüdo üzrə yenieytmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Emin İskəndərov Ekvadorun Quayakil şəhərindəki dünya çempionatında göstərdikləri nəticələri şərh edərkən deyib.
Gənc mütəxəssisin sözlərinə görə, mundiala qatılan 10 cüdoçudan 8-i öz çəki dərəcələrində ilk “7-liy”ə düşüb: “Bunun özü də göstəricidir. Yəni, hamı medala yaxın idi. Ümumilikdə isə 1 qızıl, 1 gümüş medal qazandıq. Bu, gözəl nailiyyətdir. Belə bir yarışda – dünya çempionatında iki finalçımızın olması böyük nəticədir. İdmançılarımızda növbəti turnirlərdə də uğurlar arzulayıram”.
Qeyd edək ki, Azərbaycan millisinin cüdoçularından Fərid Rzazadə (50 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Ayxan Həsənli (81 kq) isə gümüş medala sahib çıxıb.



No Comment! Be the first one.