İrlandiya olimpiya millisinin üzgüçülük üzrə keçmiş məşqçisi Corc Gibni yetkinlik yaşına çatmayan idmançılara qarşı seksual xarakterli cinayətlərə görə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sportify.az xəbər verir ki, 78 yaşlı mütəxəssis iyul ayında 39 nalayiq davranış və bir zorlama cəhdi epizodu üzrə təqsirli bilinib.
Cinayətlər 1970 – 1980-ci illərdə dörd azyaşlı qıza qarşı törədilib.
Hakim Mişel O’Higgins Gibnini uşaqların etibarından sui-istifadə edən “manipulyativ yırtıcı” adlandırıb.
Qeyd edək ki, Corc Gibni 1984 və 1988-ci il Yay Olimpiya Oyunlarında İrlandiya yığmasının baş məşqçisi olub. 1990-cı illərdə ona seksual xarakterli cinayətlərlə bağlı ittihamlar irəli sürülsə də, ehtimal olunan cinayətlərin üstündən uzun müddət keçdiyinə görə iş məhkəməyə çıxarılmayıb. Daha sonra mütəxəssis ABŞ-yə köçüb.
2020 – 2022-ci illərdə zərərçəkmişlər polisə yenidən ifadə veriblər. 2025-ci ildə isə Gibni ABŞ-dən İrlandiyaya ekstradisiya edilib.


No Comment! Be the first one.