Millinin üzvü “Gəncə”də
“Gəncə” voleybol komandası Azərbaycan millisinin üzvü Ülkər Kərimova ilə müqavilə imzalayıb.
Bu barədə klubdan Sportify.az-a məlumat verilib.
Azərbaycanda bir sıra klublarında çıxış etmiş təcrübəli voleybolçu karyerası ərzində İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olub, həmçinin dəfələrlə Azərbaycan çempionu adını qazanıb.



No Comment! Be the first one.