Modriç Xorvatiya millisində qaldı
Hazırda İtaliyanın “Milan” komandasında çıxış edən Luka Modriç Xorvatiya millisində çıxışını davam etdirməyi qərara alıb.
Sportify.az Xorvatiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi yığmanın payızda keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarında iştirak edəcək.
Baş məşqçi Slaven Biliç Modriçin qərarından məmnun olduğunu bildirib: “Lukanın qərarına görə çox şadam. Hamımız onun kim olduğunu və həm meydanda, həm də meydandan kənarda Xorvatiya üçün nə ifadə etdiyini bilirik. Xüsusilə 14 ildən sonra yenidən birlikdə çalışacağımız və Xorvatiyanı yüksək səviyyəli, uğurlu, dünyanın ən yaxşı komandalarına bərabər etmək istəyimizi bölüşəcəyimiz üçün sevinirəm”.
“Qızıl top”un sahibi olan Modriç 2018-ci il dünya çempionatının və 2023-cü il Millətlər Liqasının gümüş, 2022-ci il dünya çempionatının isə bürünc medalçısıdır.
Xorvatiya sentyabrın 26-da Çexiya, sentyabrın 29-da İspaniya, oktyabrın 3-də İngiltərə, oktyabrın 6-da isə yenidən İspaniya ilə qarşılaşacaq.
Sizə daha yaxşı xidmət göstərmək və saytımızın təcrübəsini təkmilləşdirmək üçün kukilərdən (cookies) istifadə edirik. Saytdan istifadə etməyə davam edərək kukilərin istifadəsinə razılıq verirsiniz
No Comment! Be the first one.