Joze Mourinyo: Onlar vicdansızdırlar!
İspaniya “Real Madrid”inin baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Vinisius Juniorun dörd oyunluq diskvalifikasiyası ilə bağlı sərt açıqlama verib.
Sportify.az-ın məlumatına görə, braziliyalı hücumçu İspaniya çempionatının VIII turunda “Vilyarreal”la matçda (1:0) rəqib futbolçu Natan-Dilan Salibanın saçından tutduğuna görə meydandan qovulub.
Daha sonra ona La Liqada dörd oyunluq cəza verilib.
Mourinyo diskvalifikasiya xəbərinin oyuna cəmi bir saat qalmış futbolçuya çatdırılmasını tənqid edib: “İspaniya klubunun futbolçusunun dörd oyunluq diskvalifikasiya aldığını matça bir saat qalmış öyrənməsi normaldır? Bu, normaldır? Məgər bunu indi — Çempionlar Liqasında “Roma” ilə oyundan sonra — və ya sabah səhər elan edə bilməzdilər? O, bunu mütləq komanda avtobusunda öyrənməli idi?
Onlar vicdansızdırlar. Artıq gizlənmirlər. Matça bir saat qalmış futbolçunu psixoloji cəhətdən məhv etməyə çalışdılar. Niyə? Bu, İspaniya komandasıdır, ona niyə zərər vurmağa çalışırlar?”.



No Comment! Be the first one.