Musayevdən etiraf: Berdıyev mənə dəstək olub
“Krasnodar”ın baş məşqçisi Murad Musayev komandanın uğursuz nəticələri fonunda ona dəstək olan tanınmış rusiyalı mütəxəssislərdən danışıb.
Sportify.az xəbər verir ki, o, “Sport-Ekspress”ə müsahibəsində xüsusilə Kurban Berdıyev və Hacı Hacıyevlə söhbətlərini qeyd edib.
“Çətin anlarda klub rəhbərliyindən, Sergey Qalitskidən başqa kimlər mənə dəstək oldu? Həmkarlarımdan iki telefon zəngi xüsusilə yadımdadır. Kurban Berdıyevlə çox uzun söhbətimiz oldu. Hacı Hacıyevlə də vacib danışığımız baş tutdu” – deyə Musayev bildirib.
Qeyd edək ki, Kurban Berdıyev vaxtilə “Rubin” və “Rostov” komandalarını çalışdırıb. Onun rəhbərliyi altında Kazan təmsilçisi iki dəfə Rusiya çempionu olub. Hacı Hacıyev isə “Anji”, “Krılya Sovetov” və digər klublarda baş məşqçi vəzifəsində çalışıb.
“Krasnodar” noyabrın 7-də ÇSKA-nı 4:2 hesabı ilə məğlub edənədək Rusiya çempionatında ardıcıl yeddi oyun qələbə qazana bilməmişdi.
14 turdan sonra 26 xal toplayan komanda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.



No Comment! Be the first one.