Nərimandan "Qalatasaray"la matçda unikal göstərici - VİDEO
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə Türkiyənin “Erzurumspor” komandasının heyətində “Qalatasaray”a qarşı Super Liqanın II tur matçında fərqlənib.
Sportify.az xəbər verir ki, ev oyununun 55-ci dəqiqəsində meydançaya daxil olan 22 yaşlı hücumçu qarşılaşma ərzində sarı vərəqə alan yeganə oyunçu olub.
Axundzadə 84-cü dəqiqədə Barış Alper Yılmaza qarşı kobud oynadığı üçün cəzalanıb.
O, 57-ci dəqiqədə fərqlənmək imkanı da əldə edib. Lakin zərbəsi zəif alındığından, “Qalatasaray”ın qapıçısı Uğurcan Çakır topu çətinlik çəkmədən tutub.
Qeyd edək ki, Erzurumdakı “Kazım Karabekir” stadionunda keçirilmiş görüş “Qalatasaray”ın qələbəsi ilə yekunlaşıb – 4:0. Qolları Roland Şallai 12-ci, Yunus Akgün 20-ci, Viktor Osimhen 45-ci və 80-ci dəqiqələrdə vurub.



No Comment! Be the first one.