Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatını üç medalla başa vuran Azərbaycan təmsilçiləri Vətənə qayıdıblar.
Sportify.az xəbər verir ki, hava limanında jurnalistlərə açıqlama verən 18 yaşadək şahmatçılar arasında Avropa çempionu Nərmin Abdinova AŞF-nin rəsmi saytına təəssüratlarını bölüşüb:
“Çempionata qızıl medal hədəfi ilə yollanmışdım, amma 9 turdan 9 qələbə qazanmaq mənim üçün də böyük sevinc oldu. Turnir çox gərgin keçdi, xüsusilə həlledici turlarda güclü rəqiblərlə qarşılaşdım. Hələ son turdan əvvəl çempionluğu təmin etsəm də, sonuncu görüşə də qələbə əzmi ilə çıxdım və seriyanı qırmaq istəmədim. Bu uğurda üzərimdə əməyi olan məşqçilərimə və federasiyaya təşəkkür edirəm”.



No Comment! Be the first one.