"Neftçi" - "Şəfa" matçının biletləri satışda - FOTO
Misli Premyer Liqasında IV turun “Neftçi” – “Şəfa” matçının biletləri satışa çıxarılıb.
Sportify.az xəbər verir ki, qiyməti 2 (“Qərb 1”, “Qərb 2”, “Forza”, “Şərq 1”, “Şərq 2” sektorları), 3 (“Şimal 1”, “Şimal 2”, “Banişevski üst” sektorları), 5 (“Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionumun kassasında isə biletlər oyun günü saat 14:00-dan satışda olacaq.
Qeyd edək ki, sentyabrın 5-də “Palms Sports Arena”da keçiriləcək oyun saat 20:30-da başlanacaq.




No Comment! Be the first one.