Qadın ağırrlıqqaldıranımıza dopinq cəzası verildi - FOTO
Azərbaycanın qadın ağırlıqqaldıranı Fazilə İmanova 3 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
Sportify.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.
İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi təsbit edilib.
Qadağan edilmiş maddənin adı isə Anabolik Androgenik Steroidlər qrupuna daxil olan metribolondur.

Sanksiya 15 may 2026-cı ildən qüvvəyə minib və 14 may 2029-cu ildə başa çatacaq.
Qeyd edək ki, əslən Neftçaladan olan Fidan İmanova 2023-cü ildə 64 kq çəki dərəcəsində Azərbaycan Kubokunun qalibi olub. O, 2025-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 77 kq çəki dərəcəsində 7-ci yeri tutub.




No Comment! Be the first one.