Neftçi SOCAR mübarizəni dayandırdı
3×3 basketbol üzrə “Sea Breeze” mərhələsində mübarizə aparan “Neftçi SOCAR” komandası mübarizəni dayandırıb.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 final görüşündə İspaniyanın “Madrid” komandası ilə qarşılaşıb.
Gərgin keçən qarşılaşmanın əsas vaxtı 12:12 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə rəqib daha dəqiq oynayaraq 14:12 hesabı ilə qələbə qazanıb.



No Comment! Be the first one.