“Neftçi”nin 8 futbolçusu milli komandalarda
“Neftçi”nin 8 futbolçusu müxtəlif ölkələrin milli komandalarına çağırılıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Emin Mahmudov, Emil Balayev, Rüfət Abbasov, Murad Xaçayev, Elvin Bədəlov və Emil Səfərov Azərbaycan yığmasına dəvət olunub.
Milli komanda sentyabrın 23-ü saat 20:00-da “Palms Sports Arena”da Tacikistan yığması ilə yoldaşlıq oyunu keçirəcək. UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-si Bakı vaxtı ilə saat 17:00-da “Darius and Girėnas” stadionunda Litva ilə qarşılaşacaq millimiz oktyabrın 1-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, oktyabrın 4-ü saat 17:00-da isə “Palms Sports Arena”da Litva yığmasını qəbul edəcək.
Bundan əlavə, Denzel Jubitana Surinam, Lyubomir Tupta isə Slovakiya milli komandasına dəvət alıb.



No Comment! Be the first one.