Norveçli idmançı faciəvi şəkildə öldü
Norveçli dağ qaçışı üzrə idmançı İda Ameli Robsam Romsdalseggen dağ silsiləsində baş verən bədbəxt hadisə nəticəsində 30 yaşında həyatını itirib.
Sportify.az xəbər verir ki, hadisə sentyabrın 19-da səhər saatlarında baş verib.
Polisə Romsdalseggen marşrutu üzrə hərəkət edən turist qrupunun üzvünün yüksəklikdən yıxılması barədə məlumat daxil olub. İdmançının bir neçə on metr hündürlükdən yıxıldığı bildirilir. Hadisə yerinə xilasedici helikopter cəlb edilib və Robsam helikopterlə təxliyə olunub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Norveç mətbuatı mərhumun adının ailəsinin razılığı ilə açıqlanıb.
Robsamın karyerasının ən diqqətçəkən nəticələrindən biri bu il iyunun 28-də Marathon du Mont-Blanc yarışında ikinci yeri tutması olub. O, həmçinin 2025-ci ilin dekabrında Valensiya marafonunda şosse qaçışında debüt edib və məsafəni 2 saat 29 dəqiqə 57 saniyəyə qət edib. Avqust ayında isə UTMB Mont-Blanc çərçivəsində keçirilən OCC yarışını beşinci pillədə başa vurub


No Comment! Be the first one.