Nuray Əbilovadan Avropa birinciliyində uğur
Azərbaycan ağırlıqqaldıranı, İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Nuray Əbilova Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb.
Sportify.az xəbər verir ki, birdən qaldırma hərəkətində 70 kq çəkini ram edən Əbilova təkanla qaldırma hərəkətində 85 kq çəkinin öhdəsindən gələrək bürünc medal əldə edib.
O, toplamda da 155 kq nəticə ilə növbəti bürünc medalı boynundan asıb.



No Comment! Be the first one.