Oğuz Aydın Avropa klubunun diqqət mərkəzində
Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Oğuz Aydın Avropa klublarının diqqətini cəlb edib.
Sportify.az “Milliyet”ə istinadən xəbər verir ki, 25 yaşlı milli futbolçu komandanın əsas heyətində alternativ oyunçulardan biri hesab olunsa da, xüsusilə Kerem Aktürkoğlunun yoxluğunda göstərdiyi performansla diqqət çəkib.
Almaniyanın “Hamburq” klubu mövsümün əvvəlindən etibarən Oğuz Aydının çıxışını yaxından izləyir.
Bundesliqa təmsilçisinin skautlarının futbolçunun oyunlarını mütəmadi şəkildə təhlil etdiyi qeyd olunur.
Məlumata əsasən, uyğun şərtlər yaranacağı təqdirdə “Hamburq”un Oğuz Aydınla bağlı rəsmi danışıqlara başlaya biləcəyi istisna edilmir.



No Comment! Be the first one.