Oyunlar 9-cu dəqiqədə dayandırılacaq - SƏBƏB
İspaniya çempionatının qarşılaşmaları “Tenerife”nin vəfat etmiş futbolçusu Xesus de Miquelin xatirəsinə 9-cu dəqiqədə dayandırılacaq.
Sportify.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, növbəti turun bütün oyunlarından əvvəl futbolçunun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Qeyd edək ki, noyabrın 2-də İspaniya çempionatının ikinci divizionunda “Andorra”ya qarşı keçirilən ev oyununda de Miquel rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşub. Hadisədən sonra futbolçunun ürəyi dayanıb. O, ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.
Lakin 3 noyabrda futbolçunun vəfat etdiyi açıqlanıb.
Xesus de Miquelin 30 yaşı var idi. O, 2025-ci ilin yayından “Tenerife”də çıxış edirdi.



No Comment! Be the first one.