“Paris” “Monako”nu məğlub etdi
Fransa Liqa 1-in 2026/27 mövsümünün 9-cu turunda “Paris” və “Monako” komandaları üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, Parisdəki “Jan Buen” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşü baş hakim Jeremi Stina idarə edib.
Matçda hesab 38-ci dəqiqədə Lassin Sinayoko tərəfindən açılıb. Hücumçu 44-cü dəqiqədə dublunu rəsmiləşdirib. “Monako”nun forvardı Folarin Baloqun 66-cı dəqiqədə fərqi azaltsa da, 74-cü dəqiqədə Pablo Paji Sinayokonun ötürməsindən sonra yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra “Paris” xallarının sayını 17-yə çatdıraraq Fransa çempionatının turnir cədvəlində dördüncü pilləyə yüksəlib.
“Monako” isə 9 oyundan topladığı 15 xalla altıncı sırada qərarlaşıb.



No Comment! Be the first one.