Paytaxt klubunun baş məşqçisi getdi
Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Ruy Borjes vəzifəsini tərk edib.
Sportify.az xəbər verir ki, bu barədə A Bola, Fabritsio Romano və digər Portuqaliya KİV-ləri məlumat yayıb.
Məlumata görə, paytaxt klubunun rəhbərliyi Borjeslə görüş keçirib və bundan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsi ilə bağlı danışıqlara başlayıblar. Komandanı müvəqqəti olaraq Tiaqo Fernandeş çalışdıracaq. Klubun yaxın vaxtlarda yeni baş məşqçinin adını açıqlaması gözlənilir.
Qeyd olunur ki, “Sportinq”in rəsmi saytı ötən axşamdan etibarən açılmır. Bu səbəbdən klubun saytında yayımlandığı bildirilən açıqlamanı hazırda müstəqil şəkildə yoxlamaq mümkün deyil.
“Sportinq” Portuqaliya çempionatında 10 turdan sonra 3-cü pillədə qərarlaşıb. Lissabon təmsilçisi lider “Portu”dan 10 xal geri qalır. Çempionlar Liqasında isə üç turdan sonra 6 xal toplayan komanda turnir cədvəlinin 12-ci pilləsindədir.



No Comment! Be the first one.