Pol Skoulz: "Konteni ən yaxşı seçim hesab edirəm"
İngiltərənin “Mançester Yunayted” klubunun sabiq yarımmüdafiəçisi Pol Skoulz Antonio Kontenin komandaya yeni baş məşqçi təyin olunması ehtimalı barədə fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, Skoulz Konteni ən yaxşı seçim hesab edib.
“Sizə Premyer Liqada yenidən rəqabətədavamlı komanda statusuna qayıda biləcəyini düşündüyünüz məşqçini seçmək lazımdır. Bu üç namizəd arasında Antonio Konte məhz həmin şəxsdir. Lakin onun təyinatı ilə bağlı çox böyük sual işarəsi var. O, kluba gəlmək istədiyinə işarə edib və demək olar ki, əminəm ki, klub hər üç məşqçi ilə əlaqə saxlayıb.
Hətta onun bu işi nə üçün istədiyini tam anlamıram. Çünki mən şəxsən bu komandanın onun üçün kifayət qədər yaxşı olduğunu düşünmürəm. Konteni hazırda əlçatan məşqçilər arasında ən yaxşı seçim hesab edirəm. “Yuventus”dakı fəaliyyətini xatırlayın, daha sonra “Napoli”yə rəhbərlik etdi və komanda ilə çempionluq qazandı” — deyə Skoulz “The Good, The Bad & The Football” podkastında bildirib.
Daha əvvəl Maykl Kerrikin “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən göndərilə biləcəyi barədə məlumat yayılıb. Mətbuatda onun mümkün əvəzləyiciləri arasında Antonio Konte ilə yanaşı, Yulian Naqelsmann və Eddi Hau da göstərilir.



No Comment! Be the first one.