Son 12 ilin ən ağır məğlubiyyəti
Portuqaliya millisi son 12 ildə ən böyükhesablı məğlubiyyətini yaşayıb.
Sportify.az xəbər verir ki, Jorje Jezuşun rəhbərlik etdiyi komanda UEFA Millətlər Liqasının A Liqasının qrup mərhələsinin 5-ci turunda Danimarkaya 1:4 hesabı ilə uduzub.
Portuqaliyalılar sonuncu dəfə 2014-cü ilin iyununda, dünya çempionatı matçında Almaniyaya 0:4 hesabı ilə məğlub olublar. Həmin vaxtdan bəri komanda belə böyük hesabla uduzmamışdı.
Qeyd edək ki, Danimarka ilə qarşılaşma Kriştianu Ronaldunun millidən ayrıldığını açıqlamasından sonra Portuqaliya yığmasının keçirdiyi ilk oyun olub. O, bundan əvvəlki üç görüşdə də iştirak etməyib.



No Comment! Be the first one.