"Neftçi" və “Qarabağ” turu qələbə ilə bitirdi - YENİLƏNDİ
Misli Premyer Liqasında VI turun növbəti görüşü keçirilib.
Spotify.az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Şəfa” ilə qarşılaşıb.
Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolu 61-ci dəqiqədə penaltidən Marko Yankoviç vurub.
Xallarını 13-ə çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsinə qalxıb. “Şəfa” isə 3 xalla onuncu yerdə qalıb.
Qeyd edək ki, VI turun ilk oyununda “Neftçi” səfərdə “Qəbələ”yə qalib gəlib – 3:0. Turun qalan oyunları 19-20 sentyabrda keçiriləcək.
————————————
Misli Premyer Liqasında VI tura bu gün start verilib.
Sportify.az xəbər verir ki, “Neftçi” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 25-ci dəqiqədə Breno Almeyda açıb. Bununla da braziliyalı hücumçu “Neftçi”də cari mövsüm qol sayını 7-yə yüksəldib.
Digər qolları yeni transferlərdən Adinike Akinyemi 86-cı, Lyubomir Tupta 90+1-ci dəqiqədə vurub.
Beləliklə, xallarını 15-ə çatdıran “ağ-qaralar” birinci pilləyə yüksəlib. “Qəbələ” isə 4 xalla 8-cidir.
Bu görüş “Neftçi”nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olub.
Qeyd edək ki, günün digər matçında “Qarabağ” “Şəfa”nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 19:45-də başlayacaq.
Hazırda bir oyun az keçirən “Qarabağ” 10 xalla 3-cü, “Şəfa” isə 3 xalla 10-cu pillədədir.
Misli Premyer Liqası, VI tur
18 sentyabr (cümə)
17:30. “Qəbələ” – “Neftçi” – 0:3
Qollar: Breno Almeyda, 25. Adinike Akinyemi, 86. Lyubomir Tupta, 90+2
Sarı vərəqələr: Viçko Şevel, 54 (qeyri-idman hərəkəti); Alen Şkribek, 65 (qeyri-idman
hərəkəti); Rüfət Abbasov, 77 (qeyri-idman hərəkəti)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Qəbələ”: 1. Səlahət Ağayev (k), 4. Elvin Camalov, 10. Şahin Şahniyarov, (21. Ziya Şəkərxanov, 66), 27. Eşqin Əhmədov, (66. Nuğay Rəşidov, 77), 9. Karim Rossi, 7. Bruno Silva, (24. İsmael Akinade, 46), 6. Xayme Syerra, 12. Kouya Mabea, (13. Nicat Əliyev, 77), 16. İsaak Amoah, 5. Natan Monzanqo, 80. Meşak Uboçioma
Ehtiyat oyunçular: 32. Artur Motta, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 81. Samir Ağayev, 19. Xəyyam Məmmədli, 30. Cuma Hüseynov, 3. Edson Eduardo
Məşqçi: Amil Ağacanov
“Neftçi”: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), (20. Qustavo Klisman, 46), 3. Rüfət Abbasov, 77. Falaye Sako, 5. İqor Ribeyro, 55. Endryu Qravilyon, 33. Breno Almeyda, (97. Bassala Sambu, 79), 10. Freddi Varqas, (26. Adeleke Akinyemi, 65), 88. Viçko Şevel, (18. İfeanyi Metyu, 65), 11. Alen Şkribek, 27. Draqolyub Saviç, (29. Lyubomir Tupta, 46)
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 91. Nurəziz Əzizov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 24. Mustafa Sek, 22. Denzel Jubitana
Baş məşqçi: Yuri Vernidub
Qəbələ şəhər stadionu, 800 tamaşaçı
19:45. “Qarabağ” – “Şəfa” – 1:0
Qol: Marko Yankoviç, 61 (pen.)
Sarı vərəqə: Umar Diav, 72 (qeyri-idman hərəkəti)
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Qarabağ”: 23. Martin Zlomisliç, 8. Marko Yankoviç (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Joni Montiel, (20. Kadi Borqes, 58), 29. Renaldo Sefas, (22. Musa Qurbanlı, 76), 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, (19. Taofik İsmail, 58), 4. Bense Varkonyi, 33. Dieqo Rosa, (35. Pedro Bikalyo, 88)
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 11. Reda Xadra, 88. Samuel Lobato
Baş məşqçi: Qurban Qurbanov
“Şəfa”: 12. Əlirza Müştəbazadə, 28. Murad Musayev (k), 83. Nihad Quliyev, 6. Fərid Yusifli, (22. Umar Diav, 69), 10. Dilan Mertens, (8. Vlad Pop, 69), 18. Bafode Dansoko, (23. Nahid Əliyev, 63), 4. Maudo Jarjue, 17. Musa Quel, (42. Elnur Cəfərov, 83), 11. Andrey Draqu, 34. Kristofer Mamenqi, 7. Treyvon Fuller, (29. Vüsal Qənbərov, 63)
Ehtiyat oyunçular: 1. Nicat Mehbalıyev, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 21. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Zaur Həşimov
Tofiq Bəhramov adına Respublika Stadionu, 1200 tamaşaçı



No Comment! Be the first one.