PSJ ÇL-də ardıcıl 14 oyundur uduzmur
PSJ UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti möhtəşəm qələbəsini qazanıb.
Sportify.az xəbər verir ki, Paris təmsilçisi 4-cü turda səfərdə “Vilyarreal”ı 6:0 hesabı ilə məğlub edib.
Bu nəticə ilə Luis Enrikenin komandası klub tarixində ilk dəfə Çempionlar Liqasında ardıcıl 14 oyundur məğlubiyyətə uğramır. PSJ sonuncu dəfə bu turnirdə cari ilin yanvarında “Sportinq”ə 1:2 hesabı ilə yenilib. Həmin qarşılaşmadan sonra Fransa klubu məğlubiyyət üzü görməyib.
Bundan başqa, PSJ Çempionlar Liqası tarixində bir matçda ən qısa müddətdə 4 qol vuran komanda kimi rekorda imza atıb. Parislilər bu göstəriciyə cəmi 16 dəqiqə 2 saniyəyə nail olublar.



No Comment! Be the first one.