PSJ Luis Enrike və 5 futbolçu ilə müqaviləni uzatdı
Fransanın PSJ klubu baş məşqçisi Luis Enrike ilə müqaviləni uzadıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı ispaniyalı mütəxəssislə yeni sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Bundan başqa, Paris təmsilçisi 5 futbolçusu ilə də anlaşmanı yeniləyib. Lukas Beraldo, Vilyan Paço, Sennı Mayulu və Joau Neveşlə sözləşmələr 2031-ci ilə qədər, Fabian Ruizlə müqavilə isə 2028-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, Luis Enrikenin rəhbərliyi altında PSJ 13 titul qazanıb. Komanda bu müddətdə ardıcıl iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub.



No Comment! Be the first one.