“Qəbələ”nin məşqçisi: Ağır məğlubiyyət oldu
“Ağır məğlubiyyət oldu. Deyiləsi sözümüz çoxdur”.
Sportify.az xəbər verir ki, bunu “Qəbələ”nin məşqçisi Amil Ağacanov futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi”yə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, qarşılaşma barədə fikirlərini bölüşüb: “Rəqibin son oyunlarını təhlil etmişdik. Bilirdik ki, çox keyfiyyətli, aqressiv futbolçuları var. Yeni baş məşqçimiz gəlib, son 2-3 ildə oynadığımız sistemi dəyişmişdik. Bunun yaxşı tərəfləri də var idi. 0:1-ə qədər yaxşı oynayırdıq, top saxlayırdıq, aqressivliyimiz var idi. Ancaq rəqib sonda meydana sürətli futbolçularını buraxdı. Təəssüf ki, sonda ağır məğlubiyyətlə üzləşdik”.
Amil Ağacanov yay transfer dönəmində komandaya cəlb olunan əcnəbi qapıçı Artur Mottanın hazırlıq durumu barədə də danışıb.
“Biz onu birinci qapıçı kimi gətirməmişik. Kim güclüdürsə, o da dayanacaq qapıda. Bizdə Həbib Hüşənov da var. U-20 yığmasındadır. Onların toplanışları daha çox olduğu üçün qapıçı axtarırdıq. Rəqabət üçün qapıçı dəvət etdik. Səlahət Ağayev yaxşı formadadır. Arturdan da razıyıq. Gələcəkdə imkan olarsa, onu da meydana buraxacağıq”, – deyə məşqçi bildirib.



No Comment! Be the first one.