“Qalatasaray” rusiyalı futbolçuya 25 milyon avro təklif edir
Türkiyə klubu “Qalatasaray” Rusiya təmsilçisi ÇSKA-nın yarımmüdafiəçisi Matvey Kislyakın transferi üçün 25 milyon avro və əlavə bonuslar ödəməyə hazırdır.
Sportify.az xəbər verir ki, Moskva klubu futbolçuya görə 35 milyon avro və 5 milyon avro bonus tələb edir. Bu barədə jurnalist Hakan Dursun X sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, “Qalatasaray”ın prezidenti Dursun Özbek yarımmüdafiəçinin transferi üçün klubun maliyyə limitini müəyyənləşdirib. Bu məbləğ İstanbul təmsilçisinin Aleksey Batrakov üçün xərcləməyə hazır olduğu vəsaitlə eynidir.
ÇSKA-nın yüksək maliyyə tələbləri səbəbindən Türkiyə klubu hələlik transfer istiqamətində konkret addımlar atmır. Lakin Rusiya təmsilçisi qiyməti aşağı salmağa razılaşarsa, “Qalatasaray” danışıqlara başlamağa hazırdır.
Bildirilib ki, Kislyakın özü də İstanbul klubuna mümkün keçidə müsbət yanaşır.
21 yaşlı yarımmüdafiəçi cari mövsümdə ÇSKA-nın heyətində bütün turnirlərdə 17 oyuna çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalı futbolçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir.



No Comment! Be the first one.