“Qalatasaray” “Zenit”in futbolçusu ilə maraqlanır
Türkiyənin “Qalatasaray” klubu Sankt-Peterburq “Zenit”inin müdafiəçisi Nuralı Aliplə maraqlanır.
Sportify.az xəbər verir ki, bu barədə Türkiyənin “Akşam” nəşri məlumat yayıb.
Məlumata görə, “Qalatasaray” Türkiyə Super Liqasında çempionluq mübarizəsində mövqeyini gücləndirmək məqsədilə qış transfer pəncərəsində heyətinə yeni futbolçular cəlb etməyi planlaşdırır. Bildirilir ki, Alip danışıqlara açıqdır və “Qalatasaray”ın həyata keçirdiyi layihələrlə maraqlanır.
Türkiyə klubunun ÇSKA-nın yarımmüdafiəçiləri Matvey Kislyak və Kirill Qlebovla da maraqlandığı qeyd olunur.



No Comment! Be the first one.