“Qalatasaray”ın əfsanəvi futbolçusu vəfat etdi
Türkiyənin “Qalatasaray”, Serbiyanın “Partizan” və keçmiş Yuqoslaviyanın əfsanəvi futbolçularından sayılan Cevad Prekazi 69 yaşında dünyasını dəyişib.
Sportify.az xəbər verir ki, bu barədə “Partizan” klubunun mətbuat xidməti məlumat yayıb.
Serbiya klubunun açıqlamasında mərhum futbolçuya hər şey üçün təşəkkür edilib və ona rəhmət dilənib. Prekazinin dəfn mərasiminin yeri və vaxtı daha sonra açıqlanacaq.

“Qalatasaray” klubu da sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı mesajı yayıb:
“Qalatasaray”ın tarixinə adını qızıl hərflərlə yazdıran, futbolu və xarakteri ilə yaddaşlarda iz qoyan Cevad Prekazini itirməyin dərin kədərini yaşayırıq.
Unudulmaz qolları və yaşatdığı misilsiz sevinclərlə bir nəsli “Qalatasaray” azarkeşinə çevirən Prekazi qəlbimizdə daim yaşayacaq.
Səni unutmayacağıq…
Prekaziyə Allahdan rəhmət, ailəsinə, yaxınlarına və bütün sevənlərinə başsağlığı diləyirik”.
Galatasaray tarihine adını altın harflerle yazdıran, futboluyla ve karakteriyle hafızalarımızda iz bırakan Cevad Prekazi’yi kaybetmenin derin üzüntüsünü yaşıyoruz.
Attığı unutulmaz gollerle, yaşattığı tarifsiz sevinçlerle bir nesli Galatasaraylı yapan Prekazi, kalbimizde daima yaşayacak.
Seni unutmayacağız…
Cevad Prekazi’ye Allah’tan rahmet; ailesine, yakınlarına ve tüm sevenlerine başsağlığı diliyoruz.
— Galatasaray SK (@GalatasaraySK) November 8, 2026
Qeyd edək ki, Cevad Prekazi 1985 – 1991-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, İstanbul təmsilçisinin heyətində 2 dəfə Türkiyə çempionu olub, 1 dəfə ölkə kubokunu, 3 dəfə isə Super Kuboku qazanıb.
Təcrübəli yarımmüdafiəçi Türkiyədə “Altay” və “Bakırköyspor” klublarında da çıxış edib.



No Comment! Be the first one.