“Qarabağ” “Dinamo Kiyev”ə qarşı
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyuna çıxacaq.
Sportify.az xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo Kiyev” komandasının qonağı olacaq.
Polşanın Lublin şəhərindəki eyniadlı stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Danimarkadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
6 avqust
21:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Morten Kroq
Baş hakimin köməkçiləri: Steffen Bramsen, Viktor Skitte
Dördüncü hakim: Yakob Karlsen
VAR: Yakob Kehlet
AVAR: Yens Maae
(Hakimlər briqadası Danimarkadandır)
Lublin stadionu.



No Comment! Be the first one.