“Qarabağ” “Dinamo Zaqreb”ə rəqib oldu
UEFA Gənclər Liqasında 2026/2027 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.
Sportify.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandasının rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi turnirə ikinci mərhələdən start veriləcək. “Qarabağ” bu raundda Xorvatiyanın “Dinamo Zaqreb” klubu ilə qarşılaşacaq.
Mərhələnin ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub. “Qarabağ” ilk qarşılaşmanı evdə keçirəcək.



No Comment! Be the first one.