"Qarabağ" - "Neftçi" oyununun biletləri satışda
Misli Premyer Liqasının VIII turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılıb.
Sportify.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, standart biletlərin qiyməti 5 manat, VIP biletlərin qiyməti isə 15 manat təşkil edir.
Azarkeşlər biletləri iTicket.az platformasından onlayn qaydada əldə edə bilərlər. Oyun günü QR biletlərini stadionun kassalarından da almaq mümkün olacaq.
Stadiona giriş yalnız QR biletlə mümkün olacaq. Azarkeşlərdən qeydiyyat zamanı şəxsi məlumatlarını düzgün daxil etmələri xahiş olunur.
Stadionun qapıları matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:00-da başlanacaq.



No Comment! Be the first one.