“Qarabağ” klubunun U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb..
Sportify.az xəbər verir ki, Rəşad Sadiqovun komandası Xorvatiyada Zaqreb “Dinamo”sunun qonağı olub və 0:7 hesabı ilə uduzub.
Matç Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
Qeyd edək ki, Bakıdakı ilk qarşılaşmada da “Qarabağ” rəqibinə uduzmuşdu – 1:2.
UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsi
16:00 “Dinamo” U-19 (Zaqreb, Xorvatiya) – “Qarabağ” U-19 (Azərbaycan) 7:0
Qollar: Yona Benkotiç, 24, Lovro Trupçeviç, 34, Kaloyan Bojkov, 39, Roko Ban, 45+1, Kaloyan Bojkov, 45+4, Rəvan Teymurov, 54 – avtoqol, Luka Radiç, 76
İlk oyun: “Qarabağ” U-19 – “Dinamo” U-19 1:2



No Comment! Be the first one.