"Qarabağ" və "Sabah" böyük hesabla qalib gəldi
“Sabahın Ulduzları” Bakı Kubokunda U-14 yaş qrupunda 5-ci tura yekun vurulub.
Sportify.az xəbər verir ki, yarışın liderləri “Qarabağ” və “Sabah” böyük hesablı qələbə qazanıblar.
Onlar müvafiq olaraq, “Xan” və EFA-nı üstələyiblər.
“Azərbaycan Qartalları” isə “Vətən” komandasına minimal fərqlə qalib gəlib.
20 avqust
“Xan” – “Qarabağ” 1:6
Qollar: №10. Yusif Niftəliyev (46) – №18. İkram Əmirli (51, 72), №5. İlqar Quluzadə (53, ö.q.), №14. Ceyms Eziaşi (61, 71), №9. Tunar Məmmədov (76).
“Vətən” – “Azərbaycan Qartalları” – 1:2
Qollar: №22. Ayxan Abbasov (37, pen.) – №7. Emir Əmirxanov (12), №6. Rauf Ramazanov (80+1).
EFA – “Sabah” 1:4
Qollar: №10. Saleh Təhməzov (25)- №9. Mehti Piriyev (13, ö.q.), №11. Rəsul Əliyev (37), №7. Abdulrahim Həsənov (74), №15. İvan Vernidub (79).
“Sabahın ulduzları” Bakı Kuboku oyunlarında növbəti – VI tur avqustun 23-də start götürəcək.
23 avqust
U-14
“Azərbaycan Qartalları” – “Sumqayıt”
“Dostluq” – EFA
“Qarabağ” – “Zirə”




No Comment! Be the first one.