"Qarabağ"a 2 qol vuran hücumçu qapıçını təriflədi
Xorvatiya “Dinamo Zaqreb”inin futbolçusu Sandro Kulenoviç komanda yoldaşı İvan Neviştiç haqqında xoş sözlər söyləyib.
Sportify.az xəbər verir ki, Kulenoviç Neviştiçin 2024-cü ildə Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundakı performansını xatırladıb.
Onun sözlərinə görə, həmin qarşılaşmada Nevistiç qurtarışları ilə komandanı oyunda saxlayıb: “Mən meydançaya daxil olmamışdan əvvəl, hesab 0:0 ikən “Maksimir” stadionunda bizi o, xilas etdi.
Nevistiç 3-4 real zərbəni dəf etdi və həmin seyvləri ilə bizi Çempionlar Liqasına çıxardı. Bu, çox tez unudulur. İvan böyük qapıçıdır və ona inam göstərilsə, bunun qarşılığını verəcək.
O, bunu artıq göstərib. Mənim ona heç bir şübhəm yoxdur”.
Qeyd edək ki, “Dinamo Zaqreb” 2024-cü ilin avqustunda Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı iki oyunun nəticəsinə görə 5:0 hesabı ilə məğlub edərək liqa mərhələsinə yüksəlib. Zaqrebdə keçirilən ilk qarşılaşma 3:0 hesabı ilə başa çatıb və İvan Nevistiç həmin oyunda “Dinamo”nun əsas qapıçısı olub.



No Comment! Be the first one.