"Qarabağ"dan 10 transfer: Sonuncusu 10 nömrə oldu - FOTOLAR
Transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidlərini rəsmən açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı vinger Reda Xadranın transferi ilə bağlı Fransanın “Reyms” klubu ilə danışıqlar uğurla yekunlaşıb.
Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, 10 nömrəli formanı geyinəcək.
25 yaşlı hücumameylli yarımmüdafiəçi Dortmund “Borussiya”sının yetirməsidir. 2021-ci ildə bu klubdan “Brayton”a keçən Reda “Birminhem”, “Seffild Yunayted” və “Blekbern”də də forma geyinib. “Reyms”ə 2023-cü ildə keçən futbolçu “Havr”da da çıxış edib. Xadra Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.
Eyni zamanda Polşanın “Qurnik” (Zabje) klubu ilə danışıqlar uğurla nəticələndikdən sonra Taofik İsmahil “Qarabağ”a keçib.
26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard yeni komandasında 19 nömrəli forma ilə çıxış edəcək.
Norveçdə “Şeyd”, “Fredrikstad”, “Volorenqa”, Fransada “Loryan”, Belçikada “Beveren”də çıxış edən hücumçu 2024-cü ildə “Qurnik”ə keçib. Nigeriyalı futbolçu “Lex”də də forma geyinib.
Beləliklə, “Qarabağ”ın yay transfer pəncərəsində heyətinə qatdığı oyunçuların sayı 10-a çatıb. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis komandaya qoşulub.







No Comment! Be the first one.