"Qarabağ"ın qapısını Şahrudinin qoruma səbəbi açıqlandı
“Qarabağ”ın əsas qapıçısı Martin Zlomisliçin “Neftçi” ilə Misli Premyer Liqasının VIII tur matçında ehtiyatda qalmasının səbəbini müəyyənləşib.
Sportify.az-ın məlumatına görə, bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
Onun sözlərinə görə, iki gün əvvəl bosniya və herseqovinalı qolkiper məşqdə zədələnib: “Əslində bu oyunda Martin ehtiyat oyunçular skamyasında da olmalı deyildi. Çünki iki gün əvvəl zədə almışdı. Sadəcə, ən azından təcrübəsinə görə iştirak ərizəsində saxladıq ki, komanda ilə birlikdə olsun. Amma oyuna çıxası durumda deyildi”.
Qeyd edək ki, “Neftçi” ilə qarşılaşmada “Qarabağ”ın qapısını Şahrudin Məhəmmədəliyev qoruyub. Oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.



No Comment! Be the first one.