“Qızıl buts” sahibi mükafatını aldı
Almaniya “Bavariya”sının futbolçusu Harri Keynə 2025/2026 mövsümünün yekunları əsasında “Qızıl buts” mükafatı təqdim olunub.
Sportify.az-ın məlumatına görə, təntənəli mərasim bu gün Münhen klubunun muzeyində təşkil olunub.
“Qızıl buts” hər mövsüm Avropa ölkələrinin çempionatlarında ən çox qol vurmuş futbolçulara verilir. Ötən mövsüm ingiltərəli hücumçu Bundesliqada 31 oyuna 36 qol vurub.
33 yaşlı forvard karyerasında ikinci dəfə bu mükafatı alıb. O, ilk dəfə 2024-cü ildə “Qızıl buts”a yiyələnib.
Keyn tarixdə bu mükafatı iki dəfə alan 10-cu futbolçudur. Rekord Lionel Messiyə məxsusdur. Argentinalı hücumçu “Qızıl buts”u 6 dəfə qazanıb.
Xatırladaq ki, Harri Keyn “Bavariya”da 2023-cü ildən çıxış edir. O, komanda ilə iki dəfə Almaniya çempionluğu, bir dəfə ölkə kuboku və Super Kuboku qazanıb.



No Comment! Be the first one.