"Qızıl top": Messi mərasimə qatılmır, Keyn hazırdır
Messinin “Qızıl top” mərasimində iştirakı gözlənilmir.
Sportify.az “Marca”ya istinadla xəbər verir ki, “İnter Mayami”nin hücumçusu Lionel Messinin “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak etməyəcəyi bildirilir.
39 yaşlı futbolçu yaxın günlərdə İspaniyadan ABŞ-a qayıdıb və Nyu-Yorkda klubunun oyununda iştirak edib.
Argentinalı futbolçu dünən “Messi Cup” turnirində də olub. Bu səbəbdən onun Londona səfər etməsi gözlənilmir.
Mərasimə isə “Bayern” və İngiltərə millisinin hücumçusu Harri Keynin qatılacağı bildirilir. İngiltərə millisinin kapitanı artıq Londona gəlib və mükafatlandırma mərasiminin keçiriləcəyi “Palladium” teatrının yaxınlığında məskunlaşıb.



No Comment! Be the first one.