“Quba Open 2026″ başladı
Qubada Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
Sportify.azxəbər verir ki, sayca ikinci dəfə təşkil olunan yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində çıxış edən AŞF prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov regional turnirlərin ölkədə şahmatın kütləviliyinin artırılmasında mühüm rol oynadığını bildirib.
AŞF rəhbəri “Quba Open” Beynəlxalq Şahmat Festivalının “Azərbaycan Şahmat Turu”nun mühüm hissələrindən biri olduğunu qeyd edib.
Qeyd edək ki, turnir şahmat ənənələrinin inkişafında və Quba şahmat məktəbinin formalaşmasında böyük xidmətləri olan beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunub.
Festivalın ümumi mükafat fondu 24 420 manatdır. Yarışda 11 ölkədən 300-dən çox şahmatçı iştirak edir.



No Comment! Be the first one.