Rafinyadan het-trik, "Barselona"dan ardıcıl 7-ci qələbə
“Barselona”nın futbolçusu Rafinya İspaniya La Liqasının VII turunda “Sevilya” ilə oyunda het-trik edib.
Sportify.az xəbər verir ki, görüş Kataloniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:1.
Hesabı 19-cu dəqiqədə “Sevilya”nın yarımmüdafiəçisi Yussuf Fofana açıb.
Rafinya 22-ci dəqiqədə hesabı bərabərləşdirib. 29 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə dublunu rəsmiləşdirib, 69-cu dəqiqədə isə üçüncü qolunu vurub.
Beləliklə, Rafinyanın La Liqada 7 turdan sonra aktivində 12 qol var. O, XXI əsrdə çempionatın ilk 7 turunda 10 və daha çox qol vuran üçüncü futbolçu olub. Buna qədər Lionel Messi və Kriştianu Ronaldu bu göstəriciyə nail olub.
Rafinya ardıcıl ikinci La Liqa matçında het-trik edib. O, VI turda “Rasinq”ə 7:2 hesabı ilə qalib gəldikləri oyunda da üç qol vurub.
Rafinya 2022-ci ilin yayından “Barselona”nın formasını geyinir. O, bu mövsüm bütün turnirlərdə 8 oyunda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Barselona” isə La Liqada arxada qalan 7 turun hamısında qələbə qazanaraq, xalını 21-ə çatdırıb və 1-ci pillədə möhkəmlənib.



No Comment! Be the first one.