Rassell: Bu gün məndə hər şey alındı
“Hər yarışa qələbə üçün çıxıram. Bu gün məndə hər şey alındı”.
Sportify.az xəbər verir ki, bunu “Mersedes”in pilotu Corc Rassell Formula 1 üzrə Azərbaycan Qran-prisində qazandığı qələbədən sonra deyib.
Britaniyalı sürücü son Qran-prilərdə uğursuz çıxış etdiyini, lakin Bakıda yaxşı nəticə əldə etdiyini bildirib:
“Son Qran-prilər mənim üçün uğursuz olmuşdu. Amma Bakıda yaxşı nəticə qazandım. Son dövrədə sarı bayraqlar gördüyüm üçün sürətimi bir qədər azaltmışdım”.
Qeyd edək ki, Corc Rassell Azərbaycan Qran-prisində bütün rəqiblərini qabaqlayaraq birinci olub. “Red Bull” pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü yeri tutub.



No Comment! Be the first one.