Ronaldodan təşəkkür mesajı
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Bütün zamanların Qızıl topu” mükafatını qazandıqdan sonra paylaşım edib.
Sportify.az xəbər verir ki, ulduz futbolçu “Futbol azarkeşlərə məxsusdur! Dünyanın hər yerindəki bütün azarkeşlərə təşəkkür edirəm. “Bütün zamanların Qızıl topu” sizə də məxsusdur” – deyə Ronaldo X sosial şəbəkəsində yazıb.
Azarkeşlərin onlayn səsverməsinin nəticələrinə əsasən, reytinqdə ilk sıranı Ronaldonun 2008-ci ildə qazandığı “Qızıl top” tutub.
Nominasiyada karyerası ərzində bir neçə dəfə “Qızıl top” qazanan futbolçular yer alıblar. Onların arasında Lionel Messi (8), Kriştiano Ronaldo (5), Yohann Kroyff (3), Mişel Platini (3), Marko van Basten (3), Alfredo Di Stefano (2), Frans Bekkenbauer (2), Kevin Kiqan (2), Karl-Haynts Rummenigge (2) və Ronaldo (2) olub.



No Comment! Be the first one.