Rumıniya – İsveç oyununda azərbaycanlı hakimlər
UEFA Millətlər Liqasının B Liqasının 4-cü qrupunda keçiriləcək Rumıniya – İsveç qarşılaşmasının hakimləri açıqlanıb.
Sportify.az xəbər verir ki, Buxarestdəki Milli Stadionda baş tutacaq görüşü azərbaycanlı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Görüşün VAR hakimi Niderlanddan Jerön Mansxot, AVAR-ı isə Nicat İsmayıllı olacaq.
Hakim-inspektor bolqarıstanlı İtçko Lozev, UEFA nümayəndəsi isə türkiyəli Metin Kazancıoğlu təyin edilib.
Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.



No Comment! Be the first one.