Rusiya klubunun hücumçusu millimizdə - FOTO
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Sportify.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın düşərgəsinə yeni futbolçu qoşulub.
Bu, Rusiyanın “Kosmos Ximki” (Rusiya) klubunun futbolçusu Can Naibovdur.

18 yaşlı Naibov hücumçu mövqeyində çıxış edir. Onun komandası isə Rusiyanın II Liqasının B Divizionunda mübarizə aparır və hazırda 4-cü yerdə gedir. Futbolçu “Dinamo Moskva”nın yetirməsi olub və bu klubun U-16 və U-17 komandalarında çıxış edib. O, “Kosmos Ximki”yə azad agent qismində keçib.



No Comment! Be the first one.