Rusiyalı vitse-prezident Dünya Güləş Birliyini tərk etdi
Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili Dünya Güləş Birliyinin (UWW) vitse-prezidenti vəzifəsini tərk edib.
Sportify.az UWW-nin rəsmi saytına istinadən xəbər verir ki, Mamiaşvili bu addımı Avropa İttifaqının sanksiya siyahısına salındıqdan sonra sonra atıb.
Mamiaşvili bunun ali güləş qurumu üçün yarada biləcəyi nəticələri nəzərə alaraq, həmkarlarının istefa xahişini qəbul edib.
Avropa İttifaqı Mamiaşviliyə qarşı sanksiyanı Rusiyaya tətbiq edilən 21-ci sanksiya paketi çərçivəsində qəbul edib.
63 yaşlı Mamiashvili 1997-ci ildən Rusiya İdman Güləşi Federasiyasına rəhbərlik edir. O, 2014-cü ildən UWW-nin vitse-prezidenti idi.
Keçmiş güləşçi 1988-ci il Seul Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb, üç dəfə dünya çempionu olub. Mamiaşvili həmçinin 1984-cü ildə keçirilən “Dostluq-84” yarışlarında qalib gəlib.



No Comment! Be the first one.