Rüstəm Orucovdan ŞOK açıqlama: DÇ-2018-də hazırlığımız düzgün getməmişdi
Dünya çempionatının püşkü bizim üçün pis alınmadı. Yalnız qarışıq komanda yarışında ikinci görüşümüzdə Yaponiya ilə üz-üzə gələ bilərik. Fərdi mübarizədə isə cüdoçularımız ilk “10-luq”da olduqları üçün hamıdan medal gözləyirəm”.
Sportify.az xəbər verir ki, bunü Azərbaycanın veteran cüdoçusu Rüstəm Orucov Bakıda keçiriləcək dünya çempionatının püşkünü dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, sabah start götürəcək mundialda 2 qızıl medal rekordunu təkrarlamaq mümkündür: “Ondan da çox medal sayı gözləyirəm”.
Orucov 2018-ci ildə Bakıda keçirilmiş analoji yarışda qızıl medal qazana bilməmələrinin səbəbini isə belə izah edib: “Orada psixoloji amilin bizə təsiri olmamışdı. Sadəcə, hazırlıq düzgün getməmişdi. Çünki bir nəfər uduzsaydı, bunu onun səhvi ilə əlaqələndirərdik. Bütün komanda uğursuzluğa düçar olmuşdu. Digər tərəfdən ovaxtkı Azərbaycan Cüdo Federasiyası ilə indiki arasında fərq çoxdur”.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-də 1 gümüş, 1 bürünc medal qazanıb.



No Comment! Be the first one.