Rəhim Həsənov "Turan Tovuz"un sayılmayan qoluna haqq qazandırdı - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının II tur qarşılaşmalarındakı mübarizəli epizodları şərh edib.
Sportify.az xəbər verir ki, Həsənov “Turan Tovuz”un “Şamaxı” ilə oyunda vurduğu təmiz qolun sayılmamasını görüntülərin aydın olmaması ilə əlaqələndirib.
Onun sözlərinə görə, VAR aşkar və aydın səhv baş verdikdə müdaxilə edir.
Xatırladaq ki, “Turan Tovuz” təqdim etdiyi görüntülərdə qolun açıq-aşkar qapı xəttini keçdiyini göstərilib.



No Comment! Be the first one.