“Sabah” klubu “Bank Respublika Arena”nı “Səbail”ə verib.
Sportify.az xəbər verir ki, I Liqa təmsilçisi Masazır qəsəbəsindəki bu stadionda Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyununu keçirəcək.
Oktyabrın 27-də təşkil olunacaq qarşılaşmada rəqib “Zirə” olacaq.
“Səbail” Premyer Liqa təmsilçisi ilə oyun üçün Əsasnaməyə uyğun olaraq “Bank Respublika Arena”nı alternativ stadion kimi təqdim edib.
“Səbail” I Liqada təqvim üzrə açıqlanmayan ev oyunlarını da “ Bank Respublika Arena”da keçirəcək. Başqa sözlə, klub I Liqada VII turdan etibarən rəqiblərini bu stadionda qəbul edəcək.
Qeyd edək ki, 4 – 6 noyabrda keçiriləcək həmin turda rəqib “Gəncəbasar” olacaq.



No Comment! Be the first one.