“Şəfa” 4 futbolçu transfer etdi
“Şəfa” klubu heyətini 4 gənc futbolçu ilə gücləndirib.
Sportify.az xəbər verir ki, Bakı təmsilçisi 19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədovla müqavilə imzalayıb.
Ayxan Əlizadə, Eltun Babazadə və Elmar Məmmədovla 2 illik sözləşmə imzalanıb. Nurhan Abdıyevlə müqavilənin müddəti isə 1 ildir.



No Comment! Be the first one.